0
Sunday 22 March 2020 - 21:56

Boris Conson: İngiltərə İtaliyadakı fəlakətin yoluna qədəm qoyub

Story Code : 852002
Boris Conson: İngiltərə İtaliyadakı fəlakətin yoluna qədəm qoyub
“The Times of Israel” qəzetinin verdiyi məlumata əsasən, İngiltərənin baş naziri Boris Conson son çıxışı zamanı koronavirusun ölkəsində sürətlə yayıldığı ilə bağlı xəbərdarlıq edib. İngiltərədə koronavirusa yoluxan xəstələrin sayının sürətlə artması bu ölkə əhalisində ciddi nigarançılıqlara səbəb olub. 

İngiltərə Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, son bir gündə Britaniyada 233 nəfər koronavirusdan ölüb. Virusa yeni yoluxanların sayının 5018 nəfər olduğu bildirilir.

Son bir gündə virus səbəbindən İngiltərədə ölənlərin sayı İtaliyada martın 7-də həlak olanların sayına yaxındır. 

Conson İngiltərdə virusa yoluxanların sayının sürətlə artması ilə bağlı deyib: "Rəqəmlər göz qabağındadır. Virusa yoluxanların sayı sürətlə çoxalır. Biz İtaliyadan sadəcə bir neçə həftə geridəyik. İtalyanların güclü səhiyyə sistemi var. Bununla belə həkimlər və tibb işçiləri virusun sürətlə yayılması nəzarəti əldən verdilər."
Source : IslamTimes