QR CodeQR Code

Koronavirus ABŞ-ı nə hala saldı?! 

IslamTimes , 23 Mar 2020 19:58

İslamTimes: Tramp: "Maskaları dezinfeksiya edərək təkrar istifadə edin!"


CNN kanalının yayımladığı xəbərə əsasən, ABŞ xəstəxanalarından bir neçəsində həkimlərin maskaları yuyaraq, dezinfeksiya etdikdən sonra yenidən istifadə etdiyi ilə bağlı xəbərlər yayılıb. 

Xəstəxanalardakı qeyri-peşəkar bu addımdan sonra Trampın da koronavirus böhranı ilə bağlı keçirilən toplantıda həkimlər və tibb bacılarından istifadə etdiyi maskaları atmamağı istədiyi bildirilir.

Tramp bu toplantıdakı çıxışında səhiyyə işçilərindən maskaları dezinfeksiya edərək ondan yenidən istifadə etməyi istəyib.

Trampın bu istəyi sağlamlıq və tibb mərkəzləri, o cümlədən Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzi tərəfindən rədd edilib. 

Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Antoni Fauçi bildirib ki, maskaların hər birinin müəyyən edilmiş istifadə müddəti var. Həmin müddətdən sonra maskalar yararsız olur və mütləq atılmalıdır. 

Bir müddət öncə ABŞ prezidenti Donald Trampın müavini Mayk Pens tikinti şirkətlərindən işçiləri üçün ayrıdıqları anbarlarındakı maskaları səhiyyə mərkəzlərini təhvil vermələrini istəyib. 


Story Code: 852153

News Link :
https://www.islamtimes.org/az/news/852153/koronavirus-abş-ı-nə-hala-saldı

Islam Times
  https://www.islamtimes.org