QR CodeQR Code

Rusiya: Nə üçün hələ də Venezuela və İrana qarşı sanksiyalar qüvvədədir?

IslamTimes , 23 Mar 2020 21:31

İslamTimes: Rusiyanın BMT qərargahında daimi nümayəndəsi: Kovid-19 epidemiyası dünyada həmrəyliyin nə qədər önəmli olduğunu xatırlatdı


Rusiyanın Vyanadakı BMT qərargahında daimi nümayəndəsi olan Mixail Ulyanov Twitterdə ABŞ tərəfindən tətbiq edilmiş Venezuela və İrana qarşı sanksiyaların hələ də qüvvədə olmasının qəbuledilməz olduğunu bildirib.

Mixail Ulyanov Twitter hesabı vasitəsi ilə yayımladığı mesajında yazıb: "Kovid-19 epidemiyası bütün xalqların həmrəy olmasına ehtiyac olduğunu göstərdi. Amma nə üçünsə Venezuela və İrana qarşı sanksiyalar hələ də qüvvədədir? Niyə bu çətin günlərdə yalnız Rusiya, Çin və Kuba İtaliyaya kömək edir? Avropa Birliyi haradadır? Amerika haradadır? Bugünkü dünya böyük problemlə üz-üzədir."

İrana yardım etməyə hazır olduğunu bildirən ABŞ bu həftə bir daha ikiüzlülüyünü nümayiş etdirərək koronavirusla mübarizə aparan rəsmi Tehrana yeni sanksiyalar tətbiq etdi.

Rusiya isə koronavirusla mübarizədə İtaliyaya yardım üçün mütəxəssislər və tibbi avadanlıq daşıyan səkkizinci təyyarəni bu ölkəyə yolladı.


Story Code: 852163

News Link :
https://www.islamtimes.org/az/news/852163/rusiya-nə-üçün-hələ-də-venezuela-və-irana-qarşı-sanksiyalar-qüvvədədir

Islam Times
  https://www.islamtimes.org