0
Monday 23 March 2020 - 21:31

Rusiya: Nə üçün hələ də Venezuela və İrana qarşı sanksiyalar qüvvədədir?

Story Code : 852163
Rusiya: Nə üçün hələ də Venezuela və İrana qarşı sanksiyalar qüvvədədir?
Rusiyanın Vyanadakı BMT qərargahında daimi nümayəndəsi olan Mixail Ulyanov Twitterdə ABŞ tərəfindən tətbiq edilmiş Venezuela və İrana qarşı sanksiyaların hələ də qüvvədə olmasının qəbuledilməz olduğunu bildirib.

Mixail Ulyanov Twitter hesabı vasitəsi ilə yayımladığı mesajında yazıb: "Kovid-19 epidemiyası bütün xalqların həmrəy olmasına ehtiyac olduğunu göstərdi. Amma nə üçünsə Venezuela və İrana qarşı sanksiyalar hələ də qüvvədədir? Niyə bu çətin günlərdə yalnız Rusiya, Çin və Kuba İtaliyaya kömək edir? Avropa Birliyi haradadır? Amerika haradadır? Bugünkü dünya böyük problemlə üz-üzədir."

İrana yardım etməyə hazır olduğunu bildirən ABŞ bu həftə bir daha ikiüzlülüyünü nümayiş etdirərək koronavirusla mübarizə aparan rəsmi Tehrana yeni sanksiyalar tətbiq etdi.

Rusiya isə koronavirusla mübarizədə İtaliyaya yardım üçün mütəxəssislər və tibbi avadanlıq daşıyan səkkizinci təyyarəni bu ölkəyə yolladı.
Source : IslamTimes