QR CodeQR Code

Suriya prezidenti amnistiya verdi

IslamTimes , 23 Mar 2020 22:25

İslamTimes: Suriya prezidenti Bəşar Əsəd çox sayda məhbusun azad edilməsinə səbəb olan amnistiya elan edib


Suriya dövlət başçısı Bəşər Əsəd bugünkü tarixə qədər (22 mart tarixinə qədər) işlənilən cinayətlərə görə ümumi əfv sərəncamı imzalayıb.

Yeni hökmlə bəzi şərtlər ləğv edildiyindən öncəki əfvlərdə bağışlanılması mümkün olmayan məhbuslar da əfv edilib.

Bundan əlavə yeni hökm əsasında əfvə düşməsi nəzərdə tutulmayan cinayətləri işləmiş şəxslərin də bağışlanması mümkün olacaq.

Qeyd edək ki, Suriya ərazilərinin böyük bir hissəsini təkfirçi terrorçulardan təmizləməyə müvəffəq olan Suriya hakimiyyəti ölkənin yenidən qurulması zəminindəki səylərini davam etdirir. Məhbusların böyük bir hissəsinin əfvi də ölkənin yenidən çiçəklənməsi üçün atılan addımlardan sayılır.


Story Code: 852194

News Link :
https://www.islamtimes.org/az/news/852194/suriya-prezidenti-amnistiya-verdi

Islam Times
  https://www.islamtimes.org