0
Monday 23 March 2020 - 22:25

Suriya prezidenti amnistiya verdi

Story Code : 852194
Suriya prezidenti amnistiya verdi
Suriya dövlət başçısı Bəşər Əsəd bugünkü tarixə qədər (22 mart tarixinə qədər) işlənilən cinayətlərə görə ümumi əfv sərəncamı imzalayıb.

Yeni hökmlə bəzi şərtlər ləğv edildiyindən öncəki əfvlərdə bağışlanılması mümkün olmayan məhbuslar da əfv edilib.

Bundan əlavə yeni hökm əsasında əfvə düşməsi nəzərdə tutulmayan cinayətləri işləmiş şəxslərin də bağışlanması mümkün olacaq.

Qeyd edək ki, Suriya ərazilərinin böyük bir hissəsini təkfirçi terrorçulardan təmizləməyə müvəffəq olan Suriya hakimiyyəti ölkənin yenidən qurulması zəminindəki səylərini davam etdirir. Məhbusların böyük bir hissəsinin əfvi də ölkənin yenidən çiçəklənməsi üçün atılan addımlardan sayılır.
Source : IslamTimes