QR CodeQR Code

Koronavirusa yoluxma sayına görə ABŞ dünyada 3-cü sıraya yüksəldi

24 Mar 2020 01:07

İslamTimes: ABŞ-da yeni tip koronavirus bəlasına yoluxanların sayı 42 min 839 nəfər, virusdan ölənlərin sayı isə 522 nəfərə çatdı.


Ölkədə son 24 saat ərzində virusa yoluxanların sayı 9 min 293 nəfər, ölənlərin sayı isə 133 nəfər olub. Bununla da ABŞ koronavirusa yoluxmanın sayına görə Çin və İtaliyadan sonra 3-cü sırada yer alır.

Beləliklə də ABŞ-da dünyanın bəlasına çevrilən koronavirusla bağlı vəziyyət getdikcə daha da ağırlaşmaqda davam edir.

Məlumata görə koronavirus əsasən Nyu-Yorkda sürətlə yayılır. Belə ki, hazırda Nyu-Yorkda yoluxma sayı 16 min 916, Vaşinqtonda 914 nəfər göstərilir. Virusdan ölənlər də ən çox Nyu-Yorkda müşahidə edilir. Belə ki, virusdan ölüm sayı Nyu-Yorkda 99, Vaşinqtonda 98, Kalifoniyada isə 33 nəfər göstərilir.

 


Story Code: 852198

News Link :
https://www.islamtimes.org/az/news/852198/koronavirusa-yoluxma-sayına-görə-abş-dünyada-3-cü-sıraya-yüksəldi

Islam Times
  https://www.islamtimes.org