0
Tuesday 24 March 2020 - 13:57

ABŞ Əfqanıstana maliyyə yardımını 1 milyard dollar azaldır

Story Code : 852307
ABŞ Əfqanıstana maliyyə yardımını 1 milyard dollar azaldır
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunur.

Yayılmış sənədə əsasən, Birləşmiş Ştatlar Əfqanıstan Prezidenti Əşrəf Qani və Baş Nazir, eləcə də prezidentliyə namizəd Abdulla Abdullanın “inklüziv hökumət yaratmaq barədə razılığa gələ bilməməsinə” çox təəssüflənir. Bildirilir ki, rəsmi Vaşinqton “Əfqanıstanla əməkdaşlıq çərçivəsinə yenidən baxmaq” niyyətindədir.

“Eyni zamanda, Əfqanıstandakı xərclərimizi əhəmiyyətli dərəcədə məhdudlaşdırdığımızı elan edirik və bu il maliyyə dəstəyimizi 1 milyard dollar azaldırıq. 2021-ci ildə yardımı daha 1 milyard dollar azaltmağa hazırlaşırıq”, - deyə açıqlamada qeyd olunub.