QR CodeQR Code

Koronavirusun tüğyan etdiyi zaman Yəməndə təmiz su çatışmazlığı yaşanır

IslamTimes , 24 Mar 2020 20:54

İslamTimes: Yəmən xalqı nəinki koronavirusdan qorunmaq məqsədi ilə, onlar hətta içmək üçün təmiz su tapa bilmir...


Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Yəmənə qarşı 5 ildir davam edən amansız müharibə bu ölkədə on minlərlə günahsız insanın həlak olması və yaralanması ilə nəticələnib. Milyonlarla yəmənli bu işğalçı müdaxilə səbəbindən evsiz qalaraq, məcburi köçkün həyatı sürür. Ali-Səud rejiminin Yəməni illərdir mühasirədə saxlaması səbəbindən bu ölkədə səhiyyə sistemi iflic duruma gəlib. Dərman preparatlarının çatışmazlığı səbəbindən çox sayda dinc sakin həlak olur. Yəmənin bu acınacaqlı durumu dünyada koronavirus epidemiyasının yayılması ilə yenidən dünya mətbuatında müzakirə mövzusuna çevrilib.

Əl-Qüds Əl-Ərəbi bu haqda yazıb: "Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə bildirib ki, koronavirusdan qorunmağın ən mühüm yollarından biri əlləri tez-tez yumaqdır. Yəmən xalqı nəinki koronavirusdan qorunmaq məqsədi ilə, onlar hətta içmək üçün təmiz su tapa bilmir..."

Hazırda Yəməndə Kovid-19 virusu geniş şəkildə yayılmasa da virusun bu ölkədə ayaq açacağı təqdirdə ən yoxsul ərəb ölkəsində qorxunc faciələr yaşana bilər. Səudiyyə Ərəbistanı isə hələ də öz vəhşiliklərindən əl çəkmək niyyətində deyil.


Story Code: 852394

News Link :
https://www.islamtimes.org/az/news/852394/koronavirusun-tüğyan-etdiyi-zaman-yəməndə-təmiz-su-çatışmazlığı-yaşanır

Islam Times
  https://www.islamtimes.org