QR CodeQR Code

Tramp amerikalıları qurban verməyə hazırlaşır?

IslamTimes , 24 Mar 2020 22:09

İslamTimes: ABŞ prezidenti Donald Tramp işçiləri yenidən adi rejimdə işə cəlb etmək istəyir


Donald Tramp FoxNews ilə virtual söhbət zamanı bildirib ki, hər il on minlərlə amerikalı qripə yoluxaraq və ya yol qəzalarında ölür, lakin ABŞ heç vaxt iş yerlərini tətil etmir.

Tramp həmçinin bildirib ki, iş yerlərindəki qaydaların dəyişdirilməsi ardıncadır. O işçilərin müştərilərlə aralarında müvafiq fasilələrə riayət etməklə işlərini davam etdirə biləcəyini deyib.

Tramp əlavə edib: "İnsanların düşündüyündən daha tez işə qayıtmalıyıq. Qərar vermək üçün iki həftəlik vaxt təyin etmişəm. Lazım gəlsə bu vaxtı uzada bilərik."

Qeyd edək ki, ABŞ prezidenti daha öncə Twitter hesabında da ​​işçilərin işə qayıtmaq istədiyini iddia etmişdi. 

Hazırda müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da koronavirusun sürətlə yayılması səbəbindən iş yerlərinin bağlanması böyük iqtisadi böhrana səbəb olub. Ehtimal edilir ki, Donald Tramp bu iqtisadi böhranın onun yenidən prezident seçilməsinə mane olacağından qorxaraq, işçiləri nəyin bahasına olursa, iş başına qaytarmağa çalışır.


Story Code: 852398

News Link :
https://www.islamtimes.org/az/news/852398/tramp-amerikalıları-qurban-verməyə-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org