0
Tuesday 24 March 2020 - 22:46

Koronavirus ABŞ təyyarə daşıyan gəmisi “Teodor Ruzvelt”ə də çatdı

Story Code : 852400
Koronavirus ABŞ təyyarə daşıyan gəmisi “Teodor Ruzvelt”ə də çatdı
ABŞ təyyarə daşıyan gəmisi “Teodor Ruzvelt”dəki məsul şəxslərdən biri gəmidəki üç hərbçinin koronavirus testinin pozitiv olduğunu söyləyib.

Məlumatı verən mənbə əlavə edib: "Bu şəxslər təyyarə daşıyan gəmidə karantinə alınıb. Hazırda Teodor Ruzvelt təyyarə daşıyan gəmisi Sakit okean sularında hərəkətdədir."

Daha öncə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bildirmişdi ki, işçilər və hərbçilərindən 174 nəfər koronavirusa yoluxub.

ABŞ-da koronavirus qurbanlarının sayı 622 nəfərə çatıb. Həmçinin bu günədək təqribən 50 min amerikalı virusa yoluxub. Amerikada tibbi təchizat və maska çatışmazlığı səbəbindən ABŞ prezidenti səhiyyə işçilərinə bildirib ki, maskalarınızı yuyub, dezinfeksiya edərək onlardan təkrar istifadə edin.
Source : IslamTimes