QR CodeQR Code

İtaliyada hər ötən gün durum daha da ağırlaşır

25 Mar 2020 00:04

İslamTimes: İtaliyada son sutka ərzində koronavirusdan 743 nəfər vəfat edib. 


APA-nın xəbərinə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli brifinqə bildirib.

O qeyd edib ki, İtaliyada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6820-yə çatıb: “Son 24 saatda ölkədə 5249 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada koronavirusa yoluxanların sayı 69176-ya çatıb”.

A.Borelli əlavə edib ki, sağalanların sayı 894 nəfər artaraq, ümumilikdə 8326-ya yüksəlib.


Story Code: 852402

News Link :
https://www.islamtimes.org/az/news/852402/italiyada-hər-ötən-gün-durum-daha-da-ağırlaşır

Islam Times
  https://www.islamtimes.org