0
Wednesday 25 March 2020 - 01:00

BMT də səssizliyi pozub ABŞ-a etiraz etdi

Story Code : 852409
BMT də səssizliyi pozub ABŞ-a etiraz etdi
Axar.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçelet deyib. Sanksiyalara məruz qalan ölkələrin bir çoxunun səhiyyəsinin zəif olduğunu, bəzilərində də tibbi ləvazimat çatışmadığını bildirən BMT rəsmisi vurğulayıb ki, bu ölkələrin tibb sisteminin çökməsinin qarşısı alınmalıdır:

"Banklara çıxış və tibbi ləvazimatların idxalındakı maneələr ölkələrə uzunmüddətli zərər vuracaq. Bu kritik dövrdə sanksiyaların yüngülləşdirilməsi və ya dayandırılması lazımdır. Epidemiyanın yayıldığı zamanda bir ölkənin tibbi araşdırmalarına mane olmaq hamımız üçün riskin miqyasını artırır”.