QR CodeQR Code

Trampın koronavirusa qarşı məsləhət bildiyi dərman ölümə səbəb oldu

25 Mar 2020 01:12

İslamTimes: ABŞ Prezidenti Donald Trampın ötən həftə özünün “Twitter” hesabında koronavirusa qarşı məsləhət gördüyü dərman üç nəfəri zəhərləyib.


“HaberGlobal” məlumat verir ki, Trampın məsləhət bildiyi “xloroxin” adlı dərman Nigeriyada üç nəfərin zəhərlənməsinə və təxminən 60 yaşında bir kişinin ölümünə səbəb olub.

Bildirilir ki, həyatını itirən kişinin eyni dərmanı qəbul edən həyat yoldaşı da ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Məlumatda o da vurğulanır ki, Nigeriyada Trampın açıqlamasından sonra sözügedən dərman preparatının satış qiyməti dörd dəfə artıb və ona tələbat xeyli yüksəlib.


Story Code: 852410

News Link :
https://www.islamtimes.org/az/news/852410/trampın-koronavirusa-qarşı-məsləhət-bildiyi-dərman-ölümə-səbəb-oldu

Islam Times
  https://www.islamtimes.org