0
Wednesday 25 March 2020 - 01:12

Trampın koronavirusa qarşı məsləhət bildiyi dərman ölümə səbəb oldu

Story Code : 852410
Trampın koronavirusa qarşı məsləhət bildiyi dərman ölümə səbəb oldu
“HaberGlobal” məlumat verir ki, Trampın məsləhət bildiyi “xloroxin” adlı dərman Nigeriyada üç nəfərin zəhərlənməsinə və təxminən 60 yaşında bir kişinin ölümünə səbəb olub.

Bildirilir ki, həyatını itirən kişinin eyni dərmanı qəbul edən həyat yoldaşı da ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Məlumatda o da vurğulanır ki, Nigeriyada Trampın açıqlamasından sonra sözügedən dərman preparatının satış qiyməti dörd dəfə artıb və ona tələbat xeyli yüksəlib.