QR CodeQR Code

Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

25 Mar 2020 01:51

İslamTimes: Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub.


APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. 

Koronavirus pandemiyası ilə mübarizə məsələlərini müzakirə edən XİN başçıları bu çərçivədə ikitərəfli əməkdaşlığı xüsusi qeyd ediblər.  

Rusiya Xarici İşlər naziri ölkəsinin İranla ticari-iqtisadi əlaqələri, investisiya layihələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.  

Sergey Lavrov qeyd edib ki, Rusiya Vaşinqtonu müvafiq ölkələrin COVID-19 pandemiyası ilə tam mübarizəsinə mane olan qeyri-insani sanksiyaları dərhal ləğv etməyə çağırır.

XİN başçıları Suriya və Əfqanıstandakı vəziyyət və digər beynəlxalq gündəmdə aktual olan mövzular ətrafında fikir mübadiləsi aparıblar. 


Story Code: 852412

News Link :
https://www.islamtimes.org/az/news/852412/rusiya-və-iranın-xarici-işlər-nazirləri-arasında-telefon-danışığı-olub

Islam Times
  https://www.islamtimes.org