0
Wednesday 25 March 2020 - 02:04

Səudiyyə Ərəbistanını “qorxunc böhran” gözləyir - “Bloomberg”

Story Code : 852413
Səudiyyə Ərəbistanını “qorxunc böhran” gözləyir - “Bloomberg”
Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyinin analitiki Devid Fiklinqin mövzuya həsr olunan məqaləsində belə bir fikir yürüdülüb.

Ekspertin fikrincə, neft bazarlarında hazırda gedən qiymət müharibələri Körfəz ölkələrinin onsuz da qeyri-sabit olan iqtisadiyyatları qarşısında sərt hesablar qoyacaq.

Müəllif nümunə olaraq Səudiyyə Ərəbistanının maliyyə aktivləri ilə bağlı yaranan situasiyanı göstərib. Həmin aktivlərə rəsmi Ər-Riyadın malik olduğu qızıl ehtiyatları, bir sıra suveren fondlar daxildir. Amma dövlət borcunun böyüklüyü də heyrət doğurmaya bilməz.

“Nəticədə hazırda Səudiyyə Ərəbistanının əlində qalan aktivlər ümumdaxili məhsulun sadəcə 0,1%-ni təşkil edir. Halbuki 2018-ci ilə qədər bu, 50% civarında idi”, - deyə ekspert qeyd edib.

Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə, son 4 ildə İran körfəzinin 6 monarxiya dövlətinin maliyyə aktivləri ən az yarım trilyon əriyərək 2 trilyon dollara çatıb.

“Əgər neftə olan tələbatın zirvəsi 2040-cı ildən tez bir müddətdə baş tutsa, o zaman 2034-cü ilə qədər ərəb ölkələrinin əlində heç bir pul qalmayacaq. Əgər neftin bir barreli 20 dollar olsa, o zaman monarxiyaların bütün aktivləri 2027-ci ildə tükənəcək”, - deyə Devid Fiklinq bildirib.

Analitik neftin hətta 50-55 dollar dəyərində olması halında belə, Səudiyyə Ərəbistanının qızıl ehtiyatlarının 2024-cü ilə qədər idxala ayrılan 5 aylıq məsrəfinin miqdarına qədər azalacağını deyib.

Bu isə krallıq üçün olduqca təşviş doğuran bir məqamdır və bu ölkə öz tarixinin ən böyük maliyyə böhranı ilə üzləşə bilər. Nəticədə rəsmi ər-Riyad bu vaxta qədər neft ticarətini ayaqda tutan dolların mövcud kursundan imtina edə bilər.