QR CodeQR Code

Mübariz Mənsimovun səhhəti pisləşdi – Son dəqiqə

25 Mar 2020 11:59

İslamTimes: “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşib.


Axar.az xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva qeyd edib.

F.Quliyeva bildirib ki, bir neçə gündür aclıq elan edən M.Mənsimovun səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir:

“Vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər”.

Qeyd edək ki, İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar verib. M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.

Qeyd edək ki, Mübariz Mənsimov onun həbsinin sifarişlə yerinə yetirildiyini bildirib və ARDNŞ Prezidenti Rövnəq Abdullayevə sərt mesajlar ünvanlayıb.


Story Code: 852493

News Link :
https://www.islamtimes.org/az/news/852493/mübariz-mənsimovun-səhhəti-pisləşdi-son-dəqiqə

Islam Times
  https://www.islamtimes.org