0
Friday 15 July 2011 - 20:37

Misir baş naziri seçim qarşısında: istefa, yoxsa şəffaflıq?

Story Code : 85255
Misir baş naziri seçim qarşısında: istefa, yoxsa şəffaflıq?
Misir baş naziri seçim qarşısında: istefa, yoxsa şəffaflıq?
“IslamTimes” “Mehr” xəbər agentliyinə istinadən İordaniyanın “Əl-rəy” qəzetində nəşr olunmuş məqaləni səhifəyə çıxarıb. Məqalə belə adlanır: Misir: başa çatmamış inqilab. Məqalədə bildirilir ki, Misir gəncləri yenidən meydanlara qayıdıb. Onlar inqilabın idealarının başa çatmasını tələb edir, islahatların təxirə düşməsinə etiraz bildirirlər. İslahatlar o qədər sürətsizdir ki, Misir inqilabının taleyi üçün təhlükə yaranır. Sanki Misir inqilabı başlanğıc nöqtəyə dönməkdədir.

Qəzet inqilabın əvvəllərində insanların qətlində ittiham olunan polis zabitlərinin azadlığa buraxılmasından yazır. Məqalədə bildirilir: “Bu addım səbəb olur ki, Mübarək rejiminə
bağlı təlükəsizlik qüvvəsi işçiləri yenidən iş başına qayıtsınlar. Bu məsələ Mübarək dövründə xalqa qarşı cinayətlərə yol vermiş bir çox məsulların məsuliyyətdən yaxa qurtarması ilə nəticələnə bilər.”

Məqalə müəllifi Fuad Hüseyn xəbərdarlıq edir: “Misirin hazırkı baş naziri İsam Şərəf iki dəfə öz kabinetində islahat elan edib, amma hərbi şuranın müxalifəti ilə üzləşib. Belə görünür ki, baş nazir öz səlahiyyətlərini yerinə yetirmək gücündə deyil. Beləcə, inqilabçı gənclər baş nazir qarşısında iki seçim qoyublar: Ya islahatların təxir səbəbi açıqlanmalı, ya da baş nazir tutduğu vəzifədən getməlidir. Bu halda inqilabçı
gənclər bilavasitə hərbi şura ilə tərəf-müqabil olacaq.

Artıq Misir gənclərini sakitliyə sövq edən həll yolları qane etmir. Çünki hərbi şuranın bu təxir siyasətinin təsirsizliyi artıq hamıya aydındır.

Misirdə vəziyyət bir haldadır ki, sabiq rejim başçıları hələ ki, mühakimə olunmayıb. İnqilabdan sonrakı hökumətdə də sabiqlərin iştirakı var. Elə bu səbəbdən Misirin öncəki vəziyyətdən qurtuluşu çox şübhəli görünür.

“Əl-rəy” qəzeti məqalənin sonunda yazır: “Misir xalqının hərəkatındakı qaynarlıq hələ də gənclərin damarlarında cərəyan edir. Hələ də hərəkat süstləşməyib, ilkin istiqamətdə fəaldır."

"IslamTimes" - Tərcümə şöbəsi
Comment