QR CodeQR Code

Türkiyənin dəstəklədiyi təkfirçilər Əl-Həsakə şəhərinin suyunu kəsdilər

IslamTimes , 25 Mar 2020 20:55

İslamTimes: Türk qoşunları ilə birgə fəaliyyət göstərən silahlılar Suriyada Əl-Həsakə şəhərinin suyunu kəsiblər


Suriyanın şimalındakı türk qüvvələrinin dəstəklədiyi silahlı təkfirçilər bir daha Əl-Həsakə şəhərinin suyunu kəsib. Suriya ordusu bu gün sübh Əl-Həsakə şəhərinə su ötürülməsini bərpa etmişdi.

Əl-Həsakə Su İdarəsinin direktoru Mahmud Akələ Sana xəbər agentliyinə bildirib ki, silahlı terrorçular Türkiyə ordu qüvvələri ilə birlikdə su anbarına gələrək işçiləri nasos stansiyasından çıxarıb və onların işlərinə davam etməsinə mane olublar.

Mahmud Akələ bildirib ki, Əl-Həsakə şəhərinin yarım milyon sakininin susuz qalmaması üçün işçilər sabah yenidən suyu qoşmaq üçün su anbarına yollanacaq. 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) da bu gün Türkiyə ordusu və terrorçuların Əl-Həsakə şəhərinin suyunu kəsməsini sərt şəkildə qınayıb. Dünyanın Koronavirus epidemiyası ilə mübarizə apardığı vaxt yarım milyon əhalisi olan şəhərinin suyunun kəsilməsi insanlığa sığmayan bir addım kimi dəyərləndirilib.


Story Code: 852642

News Link :
https://www.islamtimes.org/az/news/852642/türkiyənin-dəstəklədiyi-təkfirçilər-əl-həsakə-şəhərinin-suyunu-kəsdilər

Islam Times
  https://www.islamtimes.org