1
Thursday 26 March 2020 - 00:35

Mayk Pompeo: İrana təzyiqlər davam edəcək

Story Code : 852643
Mayk Pompeo: İrana təzyiqlər davam edəcək
RussiaToday-in verdiyi məlumata əsasən, ABŞ xarici işlər nazri Mayk Pompeo video konfrans yolu ilə gerçəkləşdirilən mətbuat konfransı zamanı bir daha əsassız iddialarla çıxış edib. O iddia edib ki, İran nüvə silahı əldə etmək üçün fəaliyyətlərini davam etdirir və Beynəlxalq birlik İrana qarşı təzyiqləri artırmaqla rəsmi Tehranın nüvə silahına yiyələnməsinə mane olmalıdır. 

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) dəfələrlə İranın 5+1 ilə imzalanan öhdəliklərini tam şəkildə yerini yetirdiyini bildirib. Amma ABŞ İrana qarşı sanksiyaları ləğv etməmək üçün əsassız iddialarından əl çəkmək niyyətində deyil.

Əlavə edək ki, Mayk Pompeo yaxın günlərdə Əfqanıstana etdiyi səfər haqda da danışaraq, səfərinin nəticəsiz olduğunu bildirib. 

Talibanla razılaşma imzalayan ABŞ dövləti Abdullah Abdullah və Əşrəf Qəni ilə görüş keçirməsi üçün Pompeonu Əfqanıstana yollamışdı. Amma bu görüşlərdə heç bir nəticə əldə edilmədiyi bildirilir.
Source : IslamTimes