0
Thursday 26 March 2020 - 02:28

"Yəməndə təcili olaraq atəşkəs elan edilməlidir!"

Story Code : 852644
"Yəməndə təcili olaraq atəşkəs elan edilməlidir!"
Mehr xəbər agentliyinin verdiyi məlumata əsasən, BMT sözçüsü Setefan Dujarik yaydığı bəyanatda bildirib ki, BMT baş katibi Antonio Qutierreş koronavirusun bütün dünyaya yayıldığı zamanda Yəməndə təcili atəşkəs elan olunmağının vacibliyini vurğulayıb.

Bəyanatda bildirilir ki, Qutierreş Yəməndə qarşıdurma tərəflərindən hücumlara son qoymağı, siyasi həll yoluna nail olmaq üçün təlaş göstərməyi tələb edib. BMT baş katibi bildirib ki, yeni növ koronavirusun yayılmaması üçün hər iki tərəf əlindən gələni əsirgəməməlidir.

Qutierreşin bu çağırışı əslində onun bir neçə gün öncəki çağırışının davamıdır. BMT dəfələrlə Səudiyyə koalisiyasından Yəmənə qarşı hücumları dayandırmağı istəyib. Ali-Səud rejimi dəfələrlə dildə atəşkəs elan olunacağını bildirsə də, qısa müddət sonra yenidən Yəmən xalqına qarşı amansız hücumlara başlayıb.

BMT bu dəfə Yəməndə baş verən qarşıdurmaların dayandırılması üçün xüsusi nümayəndəsini bu məntəqəyə yollayıb və hər iki tərəfdən sülhə nail olmaq üçün BMT nümayəndəsinə kömək etməyi istəyib. 

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəmənə qarşı 5 ildir davam edən hücumları nəticəsində milyonlarla yəmənli aclıq böhranı ilə üz-üzədir. Səudiyyə rejimi bu ölkəyə göndərilən yardımların önünü kəsərək səhiyyə sahəsində Yəməndə ciddi problemlərin yaranmasına səbəb olub.
Source : IslamTimes