QR CodeQR Code

İraqda 2 türk əsgəri həlak oldu, yaralılar var

26 Mar 2020 03:04

İslamTimes: PKK terrorçularının minaatanlardan açdığı atəş nəticəsində İraqın şimalında 2 türk əsgəri həlak olub.


“Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Haftanin rayonunda qeydə alınıb. Terrorçuların açdığı atəş nəticəsində habelə daha 2 türk əsgəri yaralanıb.  

Nazirlik bildirib ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb. 


Story Code: 852649

News Link :
https://www.islamtimes.org/az/news/852649/iraqda-2-türk-əsgəri-həlak-oldu-yaralılar-var

Islam Times
  https://www.islamtimes.org