QR CodeQR Code

Pandemiyanın pik dövrü yaxınlaşır - Makrondan kritik açıqlama

26 Mar 2020 12:11

İslamTimes: Fransa Prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək, tibb işçilərinin pul mükafatı ilə təltif olunacaqlarını, eləcə də əlavə iş saatlarının ödəniləcəyini bildirib.


Teleqraf.com xəbər verir ki, Fransa prezidenti sanitar böhrandan sonra xəstəxanalara kütləvi investisiya yatırılacağını və onların büdcələrinin artırılacağını vəd edib.

Makron bu görünməz düşmənə qarşı “müharibə”yə, eləcə də ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparmaq üçün xalqı birliyə çağırıb. Artıq özünü göstərməyə başlayan və yaxınlaşmaqda olan epidemiyanın pik dövründə əhaliyə yardım etmək üçün hərbi qüvvələrin səfərbər olunacağı “Résilience” (uzun müddət müqavimət göstərəcək) adlanan hərbi əməliyyatların başlanacağını diqqətə çatdırıb. O bildirib ki, indiki çətin vəziyyətdə yalnız bir ideya olmalıdır: birgə olmaq: "Yalnız birlik sayəsində ölkə görünməz düşmənlə mübarizədə qalib çıxacaq".


Story Code: 852712

News Link :
https://www.islamtimes.org/az/news/852712/pandemiyanın-pik-dövrü-yaxınlaşır-makrondan-kritik-açıqlama

Islam Times
  https://www.islamtimes.org