0
Saturday 28 March 2020 - 01:27

Korona ABŞ-a dəhşət yaşadır: 100 minə qalxdı...

Story Code : 853080
Korona ABŞ-a dəhşət yaşadır: 100 minə qalxdı...
Axar.az xəbər verir ki, hazırda bu virusa yoluxanların sayının 586 473 olduğu açıqlanıb. Onlardan 26.889 nəfər ölüb, 132.428 nəfər isə sağalıb.

ABŞ-da yoluxma kəskin artıb və 98.080-ə çatıb. Bu ölkədə son sutkada 218 nəfər virusdan həyatını itirib, ümumilikdə isə koronavirusdan ölənlərin sayı 1.513-ə yüksəlib.

İtaliya yoluxma sayına görə Çini üstələyib və ikinci yerə qalxıb. Hazırda İtaliyada koronavirusa 86.498 yoluxma var. Son sutkada isə rekord ölüm qeydə alınıb - 919 nəfər. İtaliyada ümumi ölənlərin sayı 9.134-ə çatıb.

3-cü yerdə Çin (81.340 yoluxça, 3.292 ölüm), İspaniya (64.059 yoluxma, 4.934 ölüm) və Almaniya (50.178 yoluxma, 338 ölüm) qərarlaşıb.

İspaniyada da bu gün rekord ölüm - 569 nəfər - qeydə alınıb.

Fransa yoluxmada İranı qabaqlayaraq, 6-cı yerə qalxıb. Bu ölkədə 32.964 yoluxma var, ümumilikdə 1995 nəfər ölüb (son sutkada 299 nəfər).