0
Saturday 28 March 2020 - 13:53

Moskva: ABŞ İranın koronavirusla mübarizəsinə mane yaradır

Story Code : 853199
Moskva: ABŞ İranın koronavirusla mübarizəsinə mane yaradır
Sputnik xəbər agentliyinin məlumatına görə, Zaxarova həftəlik mətbuat konfransında bildirib ki, İranın koronavirus pandemiyası ilə mübarizədə üzləşdiyi çətinliklər "süni" şəkildə yaradılıb. Belə ki, ABŞ-ın bu İran üçün bu çətin vəziyyətin yaranmasında birbaşa rolu var. İrana qarşı birtərəfli sanksiyalar virusla mübarizəni çətinləşdirir və qısa zamanda sanksiyalar ləğv edilməlidir.

Rusiyalı diplomat əlavə edib ki, ABŞ bu gün İrana qarşı iqtisadi və və siyasi təzyiqləri davam etdirir. Bu hüquqi prinsiplər və əxlaq normalarına ziddir.

Zaxarova rəsmi Moskvanın ABŞ-dan xüsusi ilə dünyanın bu böhranlı şəraitində dəfələrlə İrana qarşı birtərəfli sanksiyaları ləğv etməsini istədiyini bildirib.

Dünyanın bir çox ölkələri ABŞ-dan İran və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsini tələb edib. ABŞ isə sanksiyaları ləğv etmək niyyətində olmadığını bildirib.
Source : IslamTimes