0
Saturday 28 March 2020 - 20:28

İşğalçı İsrail Qəzzanı bombaladı

Story Code : 853282
İşğalçı İsrail Qəzzanı bombaladı
İşğalçı İsrail rejiminə məxsus qırıcılar Qəzza zolağındakı bir neçə məntəqəyə hücum edib. Sionist rejim iddia edib ki, bu hücum Qəzza zolağından atılan raketlərə cavab olaraq həyata keçirilib. 

İSNA xəbər agentliyinin verdiyi məlumata əsasən, Qəzza zolağı sakinləri bildirib ki, İsrail qırıcıları HƏMAS hərəkatının qolu olan Əl-Qəssam batalyonunun Beytül-Əhyadakı bazasına üç raket zərbəsi endiriblər.

Hadisə yerindəki şahidlərin bildirdiyinə əsasən, hücum zamanı baza boş olub.

Sionist qırıcı təyyarələri Qəzza zolağının şimalındakı Cəbaliya şəhərinə də raket zərbəsi endirib. Amma bu hücum zamanı da təlafat qeydə alınmayıb.

Qeyd edək ki, işğalçı İsrail rejimi tez-tez HƏMAS tərəfindən onlara hücum edildiyini bəhanə edərək, Qəzza zolağına hava zərbələri endirir.
Source : IslamTimes