0
Sunday 29 March 2020 - 00:51

Şahzadədən Əsədə jest: “Qardaş Suriya yalnız qalmayacaq”

Story Code : 853308
Şahzadədən Əsədə jest: “Qardaş Suriya yalnız qalmayacaq”
Teleqraf.com xəbər verir ki, bu barədə şahzadənin özü Tvitter hesabında məlumat yayıb.

“Bəşər Əsədlə telefonda Covid-19 epidemiyasının təsirlərini müzakirə etdik. Bu fövqəladə vəziyyətdə BƏƏ-nin qardaş Suriya xalqına dəstək və yardımını yenilədim. Çətin zamanlarda insanların həmrəyliyi hər şeydən öndə gəlir. Qardaş Suriya da bu kritik şəraitdə yalnız qalmayacaq”,- şahzadə Məhəmməd Bin Ziyad əl Nahyan bildirib.

Qeyd edək ki, Suriyaya terrorçuların hücumundan sonra, 2011-ci ildən Əbu-Dabi Dəməşqdəki səfirliyini bağlayıb və 2018-ci ildə yenidən açıb.

Şahzadə və Bəşər Əsədin telefon müzakirəsi uzun müddətdən sonra ilk dəfə baş tutduğundan xüsusi diqqət çəkir.