QR CodeQR Code

Şahzadədən Əsədə jest: “Qardaş Suriya yalnız qalmayacaq”

29 Mar 2020 00:51

İslamTimes: Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Şahzadəsi Məhəmməd Bin Ziyad əl Nahyan Suriya dövlətinin lideri Bəşər Əsədlə müzakirələr aparıb.


Teleqraf.com xəbər verir ki, bu barədə şahzadənin özü Tvitter hesabında məlumat yayıb.

“Bəşər Əsədlə telefonda Covid-19 epidemiyasının təsirlərini müzakirə etdik. Bu fövqəladə vəziyyətdə BƏƏ-nin qardaş Suriya xalqına dəstək və yardımını yenilədim. Çətin zamanlarda insanların həmrəyliyi hər şeydən öndə gəlir. Qardaş Suriya da bu kritik şəraitdə yalnız qalmayacaq”,- şahzadə Məhəmməd Bin Ziyad əl Nahyan bildirib.

Qeyd edək ki, Suriyaya terrorçuların hücumundan sonra, 2011-ci ildən Əbu-Dabi Dəməşqdəki səfirliyini bağlayıb və 2018-ci ildə yenidən açıb.

Şahzadə və Bəşər Əsədin telefon müzakirəsi uzun müddətdən sonra ilk dəfə baş tutduğundan xüsusi diqqət çəkir.


Story Code: 853308

News Link :
https://www.islamtimes.org/az/news/853308/şahzadədən-əsədə-jest-qardaş-suriya-yalnız-qalmayacaq

Islam Times
  https://www.islamtimes.org