QR CodeQR Code

Merkelə təqdim olunan gizli hesabat üzə çıxdı: 1 milyon insan öləcək

29 Mar 2020 01:15

İslamTimes: Gizli koronavirus hesabatı üzə çıxdı: 1 milyon insan öləcək
Almaniya koronavirusla mübarizə ilə bağlı gizli hesabat hazırlayıb.


Publika.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazıb.

Nəşrin məlumatına görə, Daxili İşlər Nazirliyinin hazırladığı gizli hesabat Kansler Anqela Merkelə təqdim olunub.

Hesabatda iki ay ərzində izolyasiya tədbirlərinin davam etdirilməsi və ən pis ssenarinin qarşısını almaq üçün Cənubi Koreya kimi maksimim dərəcədə koronavirus testinin keçirilməsi təklif olunur.

Hedabatda qeyd olunur ki, 13 apreldən etibarən hər gün ən azı 100 min test keçirilməli, aprelin sonunda bu rəqəm 200 minə qədər artırılmalıdır.

“İzolyasiya tədbirləri davam etdirilməsə, test keçirərək, virusa yoluxmuş insanlar tapılmasa və təcrid olunmasa əhalinin 70 faizi xəstələnəcək, 1 milyondan çox insan öləcək”, - hesabatda bildirilir.


Story Code: 853310

News Link :
https://www.islamtimes.org/az/news/853310/merkelə-təqdim-olunan-gizli-hesabat-üzə-çıxdı-1-milyon-insan-öləcək

Islam Times
  https://www.islamtimes.org