QR CodeQR Code

Avropanın ümidi var – Leyendən korona açıqlaması

29 Mar 2020 01:41

İslamTimes: Avropa Birliyi (AB) yeni tip koronavirus (COVİD-19) böhranının başlanğıcında üzv ölkələrin birtərəfli davranışına görə boşluqda qaldı.


Axar.az xəbər verir ki, bunu Avrokomissiyanın rəhbəri Ursula fon der Leyen deyib.

O bildirib ki, AB ölkələrinin sərhədlərini birtərəfli bağlaması virusun yayılmasının qarşısını ala bilmədi:

“Buna baxmayaraq, sərhədlərin bağlanması bir çox şirkətə zərər verdi və əsas tədarük zəncirlərinə mənfi təsir göstərdi. İndi hər bir AB ölkəsinin tərəfdaşlarının köməyi ilə vəziyyətin daha yaxşı olacağına dair artan bir ümidi var. Beləliklə, bu böyük böhran Avropaya bir daha yenidən kəşf etmək şansı verir”.


Story Code: 853311

News Link :
https://www.islamtimes.org/az/news/853311/avropanın-ümidi-var-leyendən-korona-açıqlaması

Islam Times
  https://www.islamtimes.org