QR CodeQR Code

Tramp koronavirusun yayılmasına kömək edir?

29 Mar 2020 09:57

İslamTimes: ABŞ prezidenti Donald Tramp koronavirusun tüğyan etdiyi Nyu-York ştatında, Nyu-Cersi və Konnektikut ştatlarının qonşu rayonlarında karantin rejiminin tətbiq edilməyəcəyini bildirib.


Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, karantin rejiminin əvəzinə federal səlahiyyətlilər bu bölgələrin sakinlərini hərəkətlərini ciddi şəkildə məhdudlaşdırmağa çağıracaqlar, ancaq rəsmi qadağa olmayacaq:

"Ağ Evin koronavirusla mübarizə üzrə mütəxəssislər qrupunun tövsiyəsinə əsasən və Nyu-York, Nyu-Cersi, Konnektikutun qubernatorları ilə məsləhətləşmələrdən sonra mən Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən hərəkətin ciddi şəkildə məhdudlaşdırılması ilə bağlı tövsiyələrin dərc edilməsini istədim. Karantinin tətbiq edilməsinə ehtiyac olmayacaq".


Story Code: 853344

News Link :
https://www.islamtimes.org/az/news/853344/tramp-koronavirusun-yayılmasına-kömək-edir

Islam Times
  https://www.islamtimes.org