QR CodeQR Code

Merkeldən Netanyahuya rədd cavabı

IslamTimes , 29 Mar 2020 10:51

İslamTimes: Almaniya kansleri Angel Merkel Benyamin Netanyahunun koronavirusla mübarizədə yardım istəyinə rədd cavabı verib


Əl-Əhd informasiya agentliyinin verdiyi məlumata əsasən, sionist rejim koronavirusla mübarizə üçün tibbi avadanlıq təmin etmək səylərini davam etdirir. Sionist rejimin kəşfiyyat idarəsi Mossad yoluxucu xəstəliyə yoluxanları müəyyən etmək üçün 400 min zəruri test ləvazimatı idxal edib.

Sionist rejimin Yediot Ahronot qəzeti yazıb: "İsrail baş naziri Benyamin Netanyahu bu yaxınlarda Almaniya kansleri Angela Merkel ilə əlaqə yaradaraq, ondan işğal olunmuş ərazilərə süni tənəffüs aparatı göndərilməsini istəyib. Amma Merkel Netanyahuya bildirib ki, Almaniyanın özündə süni tənəffüs aparatı çatışmazlığı var. Almaniya yüzlərlə süni tənəffüs aparatını müvəqqəti olaraq Fransaya verdiyi üçün İsrailə yardım edə bilməz."

Sionist rəsmilərindən biri Avropa ölkələrinin özlərinə çətinliklə yardım etdiyini bildirərək, onlardan yardım almağın qeyri-mümkün olduğunu qeyd edib.


Story Code: 853377

News Link :
https://www.islamtimes.org/az/news/853377/merkeldən-netanyahuya-rədd-cavabı

Islam Times
  https://www.islamtimes.org