0
Sunday 29 March 2020 - 13:41

"Quba" məscidinin imamı koronavirusa görə vəzifəsindən kənarlaşdırıldı

Story Code : 853391
"Quba" məscidinin imamı koronavirusa görə vəzifəsindən kənarlaşdırıldı
Mədinə şəhərindəki Quba məscidinin imamı olan şeyx Salih əl-Muğamisi Twitter hesabında koronavirusla bağlı yazdığı mesaja görə Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişi ilə vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Ali-Səud ailəsinə yaxınlığı ilə tanınan Süleyman əl-Rəhili təyin edilib.

Əl-Muğamisi cümə günü Twitter hesabında koronavirusla mübarizə ilə bağlı mesaj yazaraq, daha sonra onu silib. O bu tvitdə yazıb: "Allaha pənah aparmaq, istiğfar etmək (tövbə etmək), yoxsullara yardım və həbsdə olan xətakarların bağışlanması bəlanı uzaqlaşdıran amillərdəndir..."

Çox keçmədən Əl-Muğamisi əvvəlki tvitini silib və başqa bir tvit yazaraq üzr istəyib: "Düşündükdən sonra belə qənaətə gəldim ki, öz tvitimdə yazdığım fikirlərlə razılaşmıram. Amma bunu da qeyd edim ki, mən əslində kiçik və səthi cinayətlərə yol vermiş şəxslərin əfvini nəzərdə tuturdum. Necə ki, Səudiyyə Ərəbistanı rəhbərliyi müqəddəs Ramazan ayında məhbusları əfv edir. Ağır cinayətlər səbəbindən həbs olunanlar qanunun nəzərdə tutduğu cəzanı sonadək çəkməlidirlər..."
Source : IslamTimes