0
Sunday 29 March 2020 - 14:15

Maduro: ABŞ və Kolumbiya peşman olacaq

Story Code : 853399
Maduro: ABŞ və Kolumbiya peşman olacaq
Axar.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“Əgər siz bizim ölkənin bir liderinə toxunsanız, buna görə ömrünüzün sonuna qədər peşman olacaqsınız. Mən bunu Kolumbiya oliqarxiyası və ABŞ imperializminə deyirəm”, – o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Maduronu narkoticarətdə ittiham etmişdi. Vaşinqton Maduronu həbs etməyə kömək edən informasiyaya görə 15 milyon dollar mükafat verəcəyini bəyan edib.