QR CodeQR Code

Maduro: ABŞ və Kolumbiya peşman olacaq

29 Mar 2020 14:15

İslamTimes: ABŞ və Kolumbiya hakimiyyətləri Venesuela siyasi elitasına münasibətdə hansısa konkret addımlar atsalar, peşman olacaqlar.


Axar.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“Əgər siz bizim ölkənin bir liderinə toxunsanız, buna görə ömrünüzün sonuna qədər peşman olacaqsınız. Mən bunu Kolumbiya oliqarxiyası və ABŞ imperializminə deyirəm”, – o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Maduronu narkoticarətdə ittiham etmişdi. Vaşinqton Maduronu həbs etməyə kömək edən informasiyaya görə 15 milyon dollar mükafat verəcəyini bəyan edib.

 


Story Code: 853399

News Link :
https://www.islamtimes.org/az/news/853399/maduro-abş-və-kolumbiya-peşman-olacaq

Islam Times
  https://www.islamtimes.org