0
Monday 30 March 2020 - 01:20

Ukrayna defolt ola bilər... – Zelenski

Story Code : 853458
Ukrayna defolt ola bilər... – Zelenski
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski xalqa video-müraciətində bildirib.

“Koronavirus səbəbindən Ukrayna faktiki olaraq yolayrıcındadır və iki yolumuz var: Birincisi, iki həyati əhəmiyyətli qanun qəbul etmək. Bundan sonra biz beynəlxalq partnyorlardan 10 milyard dollar həcmində dəstək ala bilərik. Bu, iqtisadi stabillik və krizisdən çıxmaq üçün lazımdır. İkinci yol isə bu qanunların ləğvidir. Bundan sonra bizi iqtisadi çöküş və defolt təhdidi gözləyir”.

Qeyd edək ki, Ukraynada 418 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb, 5 nəfər sağalıb.