0
Monday 30 March 2020 - 01:36

Seyid Həsən Nəsrullah: “ABŞ koronavirusla mübarizədə çarəsiz qaldı”

Story Code : 853459
Seyid Həsən Nəsrullah: “ABŞ koronavirusla mübarizədə çarəsiz qaldı”
Deyerler.org xəbər verir ki, Əl-Mənar telekanalında canlı yayımlanan çıxışının əvvəlində Seyid Həsən Nəsrullah şaban ayının başlamasına toxunub və bu ayın əziz Rəsulallahın (s) ayı olduğunu bildirib və bu ayın xüsusiyyətlərini xatırladıb.

Seyid Həsən Nəsrullah çıxışının davamında, digər ölkələrdə yaşayan Livan vətəndaşları və koronavirusun mövcud vəziyyətdə Livana qayıtmalı olan Livan vətəndaşları məsələsinə toxunub: “Bu mövzunun müzakirə ediləcək bir tərəfi yoxdur. Koronavirus ilə mübarizə uzun bir müharibədir və nə qədər davam edəcəyini bilmirik və xaricdəki livanlılar, tələbələr, sərnişinlər və hər hansı bir səbəbdən və müəyyən bir müddət üçün Livandan xaricə gedən və geri dönməyənlər ölkəyə geri dönməlidir.

Bu şəxslərin geri qaytarılması üçün hazırlıqlar hökumətin səlahiyyətlərinə daxildir. Bu yaxınlarda Livandakı bəzi səlahiyyətlilər və partiyaların bu mövzuda qorxuları var idi və xaricdə yaşayan livanlıların qayıtmasıyla koronavirusun daha çox yayılacağından və bunun qarşısını almağın heç bir yolu olmayacağından narahat idilər.

Bu asan məsələ deyil və Livan vətəndaşlarını geri qaytarmaq qərarı böyük və çətin məsələdir, lakin hökumət bu məsuliyyətini yerinə yetirməli və Livan xalqı da bu məsələdə hökuməti dəstəkləməlidir”.

Seyid Həsən Nəsrullah bu mövzudakı uğurun ölkədəki mövcud hökumət üçün bir iftixar olduğunu qeyd edərək, bu sözləri işlədib: “Xaricdəki livanlılar kömək istəyirlər və hökumət bu çağırışlara cavab verməlidir. Çünki bəzi ölkələrdə səhiyyə sektorunun vəziyyəti yaxşı deyil və bu ölkələrdə ictimai və təhlükəsizliyin çökməsi ehtimalı var.

Bu şəxslərin geri dönüşü hesablanmış və etibarlı bir şəkildə olmalıdır və Livan vətəndaşları ölkəyə müəyyən bir inzibati çərçivə daxilində girməlidir.

ABŞ-da, hətta sosial və təhlükəsizliyin çökməsi qorxusu var və dünya silah alışına doğru gedir, Afrika ölkələrindəki vəziyyət bu şəraitdə necə ola bilər? Bu səbəbdən bu məsələ tez bir zamanda inkişaf etdirilməli və vaxt itkisinin qarşısı alınmalıdır. Bu məsələ hər kəsin əməkdaşlığına ehtiyac var və məsuliyyəti yalnız hökumətə vermək olmaz. Çünki bu məsələ hökumətdən və ya dövlətdən daha böyükdür”.

Hizbullahın baş katibi daha sonra karantin üçün maddi və tibbi imkanları olan hər kəsdən bu imkanları hökumətə təqdim etmələrini istəyib.

Koronavirusla mübarizə mövzusunda danışan Seyid Həsən Nəsrullah, bunları deyib: “Livan bu virusa qarşı dünya müharibəsinin bir hissəsidir. Hamı yayılmasının və müalicəsinin qarşısını almaq üçün bir yol tapmağa çalışır. Livan bütün ölkələrin təcrübəsindən istifadə etməlidir”.

Bəzi hökumətlərin korona epidemiyasının qarşısını ala bilmədiyini deyən Hizbullahın lideri, Livandakı vəziyyətin ümumiyyətlə məqbul olduğunu söyləyib və hökumətin bu epidemiyanın qarşısını almaq səylərini təqdir edib və bəzilərinin fövqəladə vəziyyətin mənasını bilmədiklərini və bunun nəticələrindən xəbərdar olmadığını söyləyib.

Seyid Həsən Nəsrullah çıxışının davamında mübahisələrin bir kənara qoyulmasını və ortaq düşmənə yönəlməyi istəyərək, bunları deyib: “Biz indi müharibənin mərkəzindəyik və insanın düşmənlə mübarizə etmək üçün vaxta və əraziyə ehtiyacı vardır və mövcud yaxşı şərtlər bizim rahat olmağımıza icazə verməməlidir, çünki müharibənin sonunda yox, başındayıq.

Bu düşmən hələ tanınmır və dünya onun qarşısında şoka dönmüş vəziyyətdədir, amma Livan və bölgə xalqları bundan daha böyük fəlakətlərdən keçib və hər kəs ayıq və ağıllı olmalı, məsuliyyət hiss etməlidir və ən pis ssenariləri düşünməlidir, hələ yolun başındayıq. Bu koronavirusla mübarizə etmənin yolu, karantində olmaq, insanların bir-birindən uzaq tutulması və Çindən bütün dünyaya qədər bu virusun mühasirə və ən az can itkisiylə bu epidemiyanın dayandırılmasıdır”.

Hizbullahın baş katibi bütün Livan xalqından bütün qaydalara və şərtlərə tabe olmalarını xahiş edib və bu qaydaların hər hansı birinin pozulmasının bütün səyləri poza biləcəyini vurğulayıb və səylərin boşa çıxmaması üçün bu qaydalara daim əməl edilməli olduğunu söyləyib.

Müxtəlif şəhər və rayonlarda koronavirus epidemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə rəqabəti müsbət rəqabət kimi qiymətləndirən Seyid Həsən Nəsrullah, belə danışıb: “Bu siyasi rəqabət deyil və bu məsələyə insanlıq baxımından baxılmalı və hərəkət edilməlidir”.

Hizbullahın baş katibi çıxışının davamında məhsulların depolanmasının və məhsulların qiymət artımından bəhs edərək, bunları deyib: “Bu məsələ bəzi ticarətçilərin xəsisliklərindən qaynaqlanır və hökumət qurumları bu mövzuda aktiv olmalı və məhkəmə, təhlükəsizlik qurumları və nazirliklər bu mövzuda hərəkətə keçməlidir.

Aclıq və xəstəliklə mübarizə aparmalıyıq və hamı bu məsələnin mövzusudur və bu tacirlər zorakılığa məruz qalmadan etdiklərindən imtina etməlidirlər, çünki indiki şərtlərdən sui-istifadə cinayətdir”.

Seyid Həsən Nəsrullah əxlaq və insafı olan tacirlərdən də mövzuya daxil olmalarını və onların mənfəətlərini azaltmalarını və qiymət artımını qırmalarını istəyib və bunu, əxlaqi, insani və vətənpərvər bir hərəkət olaraq xarakterizə edib.

Hizbullahın baş katibi banklara borcu olanların məsələsinə də toxunub və bildirib ki, banklar Livanda və xaricdə kiçik borcalanların problemini həll edə bilər və bu məsələni həll etmək mənəvi və humanitar məsuliyyətdir.

“Həqiqətən bir dünya müharibəsinin olduğu və bütün dünyanın korona ilə döyüşdüyü deyilə bilər”, - deyən Seyid Həsən Nəsrullah, ABŞ, Böyük Britaniya və ... kimi böyük dövlətlərin koronavirusla mübarizədə çarəsiz qaldığını söyləyib.

Seyid Həsən Nəsrullah Yəmən böhranı mövzusunda isə bunları deyib: “Yenə də işğalçı dövlətlərə, xüsusilə Səudiyyə rejiminə “bu ölkəyə qarşı hücumlara son qoyun” çağırışını edirəm. Humanitar səbəblərə görə, bu gün bütün dünya Səudiyyə rejimindən Yəmənə qarşı müharibənin dayandırılmasını tələb etməlidir”. /Deyerler/