QR CodeQR Code

Washington Post: ABŞ sanksiyalarla İranın dərman preparatları əldə etməsini əngəlləyir

IslamTimes , 30 Mar 2020 11:28

İslamTimes: Washington Post qəzeti koronavirusla mübarizə aparan İranın ABŞ-ın sanksiyaları səbəbindən dərman preparatları əldə edə bilməməsindən yazıb


Washington Post qəzeti yazır: "ABŞ-ın sanksiyaları İranın koronavirusun yayılmasına qarşı mübarizəsi üçün lazım olan dərmanlar və digər tibbi ləvazimatlar idxal etməsi səylərini əngəlləyir."

Hesabatda bildirilir ki, İranın bank sisteminə tətbiq edilən məhdudiyyətlər və neft ixracına qarşı qadağalar Tehranın xaricdən zəruri mallar, dərman preparatları və tibbi avadanlıqlar almasına mane olur. İran həmçinin bu sanksiyalar səbəbindən ölkə daxilində dərmanlar istehsal olunması üçün lazım olan xammalı da idxal etməkdə çətinlik çəkir.

Washington Post yazır: "ABŞ-ın Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) hesabatında bildirib ki, Tramp dövləti İrana dərman preparatları ixrac etmək lisenziyası olan şirkətlərin sayını azaldıb. Ümumdunya Səhiyyə Təşkilatı da İranın koronavirusun yayılmasını önləyərək çox sayda insanı ölümdən qurtara bilməsi üçün lazım olan ləvazimatlardan sanksiyalar vasitəsi ilə məhrum edildiyini vurğulayıb."


Story Code: 853533

News Link :
https://www.islamtimes.org/az/news/853533/washington-post-abş-sanksiyalarla-iranın-dərman-preparatları-əldə-etməsini-əngəlləyir

Islam Times
  https://www.islamtimes.org