QR CodeQR Code

Həşd əl-Şəbi Neynəva və Səlahiddində "Zəfərlər Baharı Əməliyyatı"na start verib

IslamTimes , 30 Mar 2020 14:38

İslamTimes: Həşd əl-Şəbi və İraq Ordusu Neynəva və Səlahiddindəki İŞİD "qırıntıları"nın təmizlənməsinə yönəlmiş əməliyyata başladığını elan edib.


Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Həşd əl-Şəbi Müqavimət Hərəkatı və İraq Ordusu Neynəva və Səlahiddindəki İŞİD "qırıntıları"nın təmizlənməsinə yönəlmiş böyük "Zəfərlər Baharı Əməliyyatı"na başladığını elan edib.

Həşd əl-Şəbinin verdiyi açıqlamada bildirilir ki, 44 və 51-ci briqadalar, partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün xüsusi qruplar, havadan dəstək üçün hərbi təyyarələr və zirehli texnikalar artıq əməliyyata başlayıblar.

Bəyanatda bildirilir ki, Suriya sərhəddindən gələn silahlı qruplar İraq dövlətinin başının koronavirus ilə mübarizəyə qarışdığından sui-istifadə edərək terror əməliyyatları keçirməyi planlayır.


Story Code: 853560

News Link :
https://www.islamtimes.org/az/news/853560/həşd-əl-şəbi-neynəva-və-səlahiddində-zəfərlər-baharı-əməliyyatı-na-start-verib

Islam Times
  https://www.islamtimes.org