QR CodeQR Code

Netanyahunun karantinə alındığı təsdiqləndi

IslamTimes , 30 Mar 2020 17:12

İslamTimes: Netanyahu bir neçə koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəbindən karantinə alındı


Haaretz-in verdiyi məlumata görə, sionist rejimin baş naziri ilə bağlı mübahisəli xəbərlərdən sonra Benyamin Netanyahunun və bir neçə köməkçisinin karantinə alındığı təsdiqlənib.

Daha öncə KİV-lər sionist rejimin baş naziri Benyamin Netanyahunun məsləhətçisinin Netanyahu ilə görüşündən üç gün sonra müsbət elan olunduğu bildirilmişdi.

Bundan əlavə KİV ötən gün Netanyahunun məsləhətçisinin həyat yoldaşının da koronavirusa yoluxduğu barədə məlumat yaymışdı.

Sionist rejimdə sayı 10 nəfərdən çox olan qrupların qapalı məkanlarda toplaşmasına qadağa qoyulub.

Hazırda işğalçı İsraildə koronavirusa yoluxanların sayı 4347 nəfərə çatıb və 15 nəfər həyatını itirib.

İsraildə virusun sürətlə artması səhiyyə sistemi ilə öyünən bu ölkənin Avropa ölkələrindən kömək istəməsinə səbəb olub. Netanyahu Almaniya kansleri Angela Merkeldən süni tənəffüs aparatları istəsə də Merkel ölkəsinin onlara kömək edə bilməyəcəyini söyləyib.


Story Code: 853584

News Link :
https://www.islamtimes.org/az/news/853584/netanyahunun-karantinə-alındığı-təsdiqləndi

Islam Times
  https://www.islamtimes.org