0
Tuesday 31 March 2020 - 01:07

ABŞ-ın Bağdad səfirliyini boşaltması İraqda hücuma hazırlıqdan xəbər verir

Story Code : 853687
ABŞ-ın Bağdad səfirliyini boşaltması İraqda hücuma hazırlıqdan xəbər verir
Deyerler.org Welayet News-a istinadən xəbər verir ki, Maluma saytına açıqlama verən Kərim Əliyavi bunları deyib: “ABŞ-ın Bağdaddakı səfirliyinin bu hərəkəti, bu ölkənin Əl-Həşduş Şəbi və müqavimət qruplarına, eləcə də liderlərinə hücum planlaşdırdığını və öz diplomatlarını çıxararaq, onları hər hansı bir cavab zərbələri və reaksiyadan qorumaq istədiklərini göstərir. ABŞ əsgərlərini bəzi bazalardan çıxarılmaqla daha böyük bazalarını möhkəmləndirmələrinin bir məqsədi var və ABŞ ordusunun öz qüvvələrini daha böyük bazalarda toplayaraq, onları qorumağı qarşısına məqsəd qoyub. Bu şəkildə ABŞ qüvvələrinin müqavimət qüvvələrinin hədəfində olmayacağını düşünür”.

İraqlı deputat sözlərinin davamında bunları deyib: “ABŞ qüvvələri çox yaxşı bilir ki, müqavimət qüvvələrinə və Əl-Həşduş Şəbiyə edilən hər hansı bir hücum şübhəsiz cavabsız qalmayacaq.

Amerikalılar İraqdan əsla çıxmırlar, sadəcə mövqelərini dəyişirlər və qüvvələrini Əynul əsəd və Hərir bazalarında möhkəmləndirmək istəyirlər”.