QR CodeQR Code

ABŞ-ın Bağdad səfirliyini boşaltması İraqda hücuma hazırlıqdan xəbər verir

31 Mar 2020 01:07

İslamTimes: İraqın Bədr hərəkatının lideri Hadi Əl-Amirinin başçılıq etdiyi Fəth koalisiyasının deputatlarından Kərim Əliyavi ABŞ səfirliyinin işçilərinin İraqdan çıxarılmasını İraqın hərbi mövqelərinə, o cümlədən Əl-Həşduş Şəbiyə hücum üçün bir şərait yaradılması kimi qiymətləndirib.


Deyerler.org Welayet News-a istinadən xəbər verir ki, Maluma saytına açıqlama verən Kərim Əliyavi bunları deyib: “ABŞ-ın Bağdaddakı səfirliyinin bu hərəkəti, bu ölkənin Əl-Həşduş Şəbi və müqavimət qruplarına, eləcə də liderlərinə hücum planlaşdırdığını və öz diplomatlarını çıxararaq, onları hər hansı bir cavab zərbələri və reaksiyadan qorumaq istədiklərini göstərir. ABŞ əsgərlərini bəzi bazalardan çıxarılmaqla daha böyük bazalarını möhkəmləndirmələrinin bir məqsədi var və ABŞ ordusunun öz qüvvələrini daha böyük bazalarda toplayaraq, onları qorumağı qarşısına məqsəd qoyub. Bu şəkildə ABŞ qüvvələrinin müqavimət qüvvələrinin hədəfində olmayacağını düşünür”.

İraqlı deputat sözlərinin davamında bunları deyib: “ABŞ qüvvələri çox yaxşı bilir ki, müqavimət qüvvələrinə və Əl-Həşduş Şəbiyə edilən hər hansı bir hücum şübhəsiz cavabsız qalmayacaq.

Amerikalılar İraqdan əsla çıxmırlar, sadəcə mövqelərini dəyişirlər və qüvvələrini Əynul əsəd və Hərir bazalarında möhkəmləndirmək istəyirlər”.


Story Code: 853687

News Link :
https://www.islamtimes.org/az/news/853687/abş-ın-bağdad-səfirliyini-boşaltması-iraqda-hücuma-hazırlıqdan-xəbər-verir

Islam Times
  https://www.islamtimes.org