QR CodeQR Code

Yəmən: “Səudiyyə rejimi hücumlara davam etdikcə cavabını alacaq”

31 Mar 2020 01:23

İslamTimes: "Biz sülh istəyirik, çünki hədəfə alınır və blokadada saxlanılırıq və hücumların dayanması hər kəsdən çox bizim xeyrimizədir."


Yəmənin Milli Qurtuluş Hökuməti müzakirə heyətinin başçısı və Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam Yəmən qüvvələrinin Səudiyyə rejiminin torpaqlarına təşkil etdiyi raket və PUA hücumlarının təbii bir reaksiya olduğunu qeyd edərək, bu əməliyyatların yalnız işğal və hücumların dayanması ilə sonlanacağını deyib.

"Deyerler" Welayet News-a istinadən xəbər verir ki, Məhəmməd Əbdüs-Salam açıqlamasında bunları deyib: “BMT baş katibinin qarşıdurmaların dayandırılması çağırışını məmnuniyyətlə qarşılayıram. Amma hücumların dayanması, işğalçı ölkələrin hücumları dayandırmaq mövzusunda aydın bir qərar verdikdən və Yəmənin müqəddəratını təyin etməyi yəmənlilərin ixtiyarlarına buraxmasından sonra reallaşacaq.

Biz sülh istəyirik, çünki hədəfə alınır və blokadada saxlanılırıq və hücumların dayanması hər kəsdən çox bizim xeyrimizədir. Biz ABŞ-ın rəhbərlik etdiyi bir koalisiya qarşısında özümüzü müdafiə edirik və yeganə həll yolu, işğalçıların açıq bir şəkildə hücumları dayandırdığını açıqlamasıdır.

İşğalçılar şənbə günü Yəmənə 60, bu gün (30 mart) isə 20 hava hücumu həyata keçirdilər və Yəmənin düşmənləri əməliyyatların dayandırılmasını istəyirlərsə, əvvəlcə hücumları dayandırmalı və blokadanı aradan qaldırmalıdırlar.

Səudiyyə rejiminin koalisiyası sanki beş ildir Yəmənə hücum edənlər özləri deyillər, özlərini hücuma məruz qalmışlar kimi göstərirlər.

Səudiyyə rejiminin koalisiyasının hücumları davam edərsə, ləyaqətimizi qorumaqdan başqa çarəmiz qalmaz və hücumlar davam edərsə, onların belə bir cavab alması təbiidir”.


Story Code: 853689

News Link :
https://www.islamtimes.org/az/news/853689/yəmən-səudiyyə-rejimi-hücumlara-davam-etdikcə-cavabını-alacaq

Islam Times
  https://www.islamtimes.org