0
Tuesday 31 March 2020 - 08:56

ABŞ-da bir gündə koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

Story Code : 853702
ABŞ-da bir gündə koronavirusdan ölənlərin sayı rekord həddə çatıb
APA-nın xəbərinə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarındakı mənbəyə əsaslanaraq CNN telekanalı məlumat yayıb.

Telekanalın hesablamalarına görə, ABŞ-da gün ərzində koronavirusdan ölənlərin dəqiq sayı 502 nəfər, ölənlərin ümumi sayı isə 2931-dir. 

“Johns Hopkins” Universitetinin məlumatında isə bildirilir ki, ABŞ-da ümumilikdə 160 mindən çox insan koronavirusa yoluxub. Bu günədək 2978 nəfər ölüb, 5644 nəfər sağalıb.
Related Stories