QR CodeQR Code

ABŞ-da bir gündə koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

31 Mar 2020 08:56

İslamTimes: ABŞ-da ilk dəfə gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 500 nəfəri keçib. 


APA-nın xəbərinə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarındakı mənbəyə əsaslanaraq CNN telekanalı məlumat yayıb.

Telekanalın hesablamalarına görə, ABŞ-da gün ərzində koronavirusdan ölənlərin dəqiq sayı 502 nəfər, ölənlərin ümumi sayı isə 2931-dir. 

“Johns Hopkins” Universitetinin məlumatında isə bildirilir ki, ABŞ-da ümumilikdə 160 mindən çox insan koronavirusa yoluxub. Bu günədək 2978 nəfər ölüb, 5644 nəfər sağalıb.


Story Code: 853702

News Link :
https://www.islamtimes.org/az/news/853702/abş-da-bir-gündə-koronavirusdan-ölənlərin-sayı-rekord-həddə-çatıb

Islam Times
  https://www.islamtimes.org