0
Tuesday 31 March 2020 - 09:28

Həşd əl-Şəbi İŞİD-lə üz-üzə gəldi

Story Code : 853715
Həşd əl-Şəbi İŞİD-lə üz-üzə gəldi
İraq Təhlükəsizlik İdarəsindəki mənbə bildirib ki, İraqın Həşd əl-Şəbi Müqavimət Hərəkatı İŞİD terror qruplaşmasının Dialə şəhərinin şimalına təşkil etdiyi hücumun qarşını alıb. İraqda dövlət idarələrinin başının koronavirusun önlənməsi tədbirlərinə qarışmasından sui-istifadə etmək istəyən İŞİD terrorçuları Suriya ərazisindən İraqa daxil olub. Amma Həşd əl-Şəbi hərəkatının sayıqlığı nəticəsində terrorçuların əməliyyata hazırlaşdığı 10 gün öncədən məlum olub. Elə bu səbəbdən təkfirçilər hər hansı zərbə vurmadan Həşd əl-Şəbi döyüşçüləri qəhrəmanlıqla onların qarşısına çıxıb.

İŞİD-in günün son saatlarında kiçik və orta çaplı silahlarla hücuma keçdiyi bildirilir.

Təhlükəsizlik Nazirliyindəki mənbə bildirib ki, qarşıdurma hələ də davam edir, Həşd əl-Şəbi Müqavimət Cəbhəsinin iki döyüşçüsü yaralanıb. 

İŞİD terrorçuları bu günədək dəfələrlə Amerikanın dəstəyi ilə İraqdakı neft yataqlarına nəzarəti ələ keçirmək üçün əməliyyatlar keçiriblər. Amma hər dəfə Həşd əl-Şəbinin sərt müqaviməti ilə üzləşiblər.

ABŞ İraqın terrorçulardan təmizlənməsində əvəzolunmaz xidmətləri olan Həşd əl-Şəbi Hərəkatına qarşı bir neçə dəfə hava hücumları təşkil edib. İraq dövləti rəsmi olaraq İraq ordusuna daxil edilən Həşd əl-Şəbiyə qarşı Amerikanın terror hücumlarını pisləyib və bu hücumların dayandırılmasını tələb edib.
Source : IslamTimes