QR CodeQR Code

Ənsarullah: “Səudiyyə rejimi Yəməndə KOVİD-19 virusunu yaymaq istəyir”

1 Apr 2020 00:23

İslamTimes: Naməlum təyyarələrin martın 30-u Səna, Mahvit və Hudeyda əyalətlərinin səmalarına yüklər atdığı bildirilib.


Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, Səudiyyə rejiminin koalisiyanın mətbuat xidməti atılan yüklərdə maskalar, əlcəklər və gigiyena məhsullarının olduğunu bildirib.

Lakin Yəmənin Milli Qurtuluş Hökumətinin Səhiyyə Nazirliyi və Ənsarullah, insanlara koronavirus infeksiyasına yoluxma ehtimalı olduğu üçün bu bağlamalara yaxınlaşmamaları barədə xəbərdarlıq edib.

Ənsarullahın kəşfiyyat orqanları bu yükləri tapmaq üçün axtarış qrupları göndərdiyini bildirib.

Qeyd edək ki, Səudiyyə rejiminin koalisiyasına məxsus döyüş təyyarələri dünən (30 mart) Ənsarullahın tanklarına və raket qurğularına qarşı aparılan əməliyyatlar bəhanəsi ilə Kamranın (Hudeyda) içməli su quyularını və Sənadakı at tövlələrini bombalayıb. Deyerler.org

 


Story Code: 853918

News Link :
https://www.islamtimes.org/az/news/853918/ənsarullah-səudiyyə-rejimi-yəməndə-kovid-19-virusunu-yaymaq-istəyir

Islam Times
  https://www.islamtimes.org