QR CodeQR Code

ABŞ-ın Nyu-York ştatında 1550 nəfər koronavirusdan ölüb

1 Apr 2020 00:36

İslamTimes: ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan ölənlərin sayı 1218-dən 1550 nəfərə çatıb.


APA xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında deyib.

Nyu-York ştatı hazırda ABŞ-da koronavirus epidemiyasının episentri hesab olunur.

Kuomonun sözlərinə görə, ştatda ümumilikdə 75 795 nəfər virusa yoluxub. 771 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Nyu-York şəhərində isə 43 139 koronavirus daşıyıcısı var.

 


Story Code: 853920

News Link :
https://www.islamtimes.org/az/news/853920/abş-ın-nyu-york-ştatında-1550-nəfər-koronavirusdan-ölüb

Islam Times
  https://www.islamtimes.org