QR CodeQR Code

Berni Sanders: ABŞ-ın sanksiyaları İranın dərman idxalına əngəl törədir

IslamTimes , 1 Apr 2020 01:45

İslamTimes: ABŞ-da 2020-ci il prezident seçkilərinə namizədlərdən olan demokrat senator Berni Sanders ölkəsinin İrana qarşı sanksiyalarına qarşı çıxıb.


ABŞ-da 2020-ci il prezident seçkilərinə namizədlərdən olan demokrat senator Berni Sanders ölkəsinin İrana qarşı sanksiyalarına qarşı çıxıb. Sanders bildirib ki, Vaşinqtonun rəsmi Tehrana qarşı sanksiyaları İslam Respublikasının COVİD-19 virusu (koronavirus) ilə mübarizəsinə mane olur.

Berni Sanders Tvitter hesabında "Huffington Post"-un xəbərini paylaşıb. Bu xəbərdə Konqresin 32 üzvünün İrana qarşı sanksiyaların dondurulmasını istədiyi bildirilir. Onlar İranda üç minə yaxın insanın koronavirus səbəbindən həlak olduğunu xatırladaraq ABŞ-ın sanksiylarının Tehrana dərman və tibbi ləvazimatlar əldə etməkdə maneçilik törətdiyini və daha çox insanın həlak olması ilə nəticələndiyini bildiriblər.

Daha sonra Sanders ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ maliyyə naziri Steven Manuçinə xitabən deyib: “Epidemiyalar sərhəd tanımır. Ölkələr arasındakı ixtilafları bir kənara qoyaq və insanların daha çox əzab çəkməməsi üçün sanksiyaları qaldıraq."


Story Code: 853926

News Link :
https://www.islamtimes.org/az/news/853926/berni-sanders-abş-ın-sanksiyaları-iranın-dərman-idxalına-əngəl-törədir

Islam Times
  https://www.islamtimes.org